Trend xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Bazar ertəsindən etibarən Amerika blokadasının başlanğıcından bəri on gəmi saxlanılaraq geri yönləndirilib və heç bir gəmi blokadanı yarmağı bacarmayıb. ABŞ hərbçiləri İran limanlarına daxil olan və çıxan gəmilərin qarşısını almaq məqsədilə regional suların müşahidəsini və patrul xidmətini davam etdirirlər", - məlumatda qeyd olunur.
Belə ki, 15 apreldə İranın bir yük gəmisi ABŞ blokadasını yan keçməyə cəhd edib. Bəndər-Abbas limanından çıxandan sonra Hörmüz boğazı istiqamətində hərəkət edərək İran sahilləri boyunca Ərəbistan dənizi istiqamətinə yönəlib, lakin "USS Spruance" raket esminesi gəmini uğurla istiqamətini dəyişməyə məcbur edib və gəmi İrana geri qayıdıb.