EN

Yanvar-mart aylarında Azərbaycandan ixrac olunan neftin həcmi açıqlandı

Bakı. Trend:

Yanvar-mart aylarında Azərbaycandan dünyanın digər ölkələrinə2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən5,078 milyon ton xam neft və neft məhsulları ixrac edilib.

Bu barədə Trend-əAzərbaycanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Məlumata əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1%azalıb, fiziki ifadədə isə 934 min ton və ya 15,5% azalma qeydəalınıb.

Qeyd edək ki, cari ilin yanvar-mart aylarında Azərbaycan xariciölkələrlə 9,407 milyard ABŞ dolları həcmində ticarət əməliyyatlarıaparıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,642 milyard ABŞdolları və ya 21,9% azdır.

İxracın payına 5,402 milyard ABŞ dolları, idxalın payına isə4,005 milyard ABŞ dolları düşüb. Son bir ildə ixrac 984 milyon ABŞdolları və ya 15,4%, idxal isə 1,658 milyard ABŞ dolları və ya29,3% azalıb.

Nəticədə xarici ticarətdə 1,398 milyard ABŞ dolları məbləğindəmüsbət saldo formalaşıb ki, bu da ötən illə müqayisədə 675 milyonABŞ dolları və ya 1,9 dəfə çoxdur.

Məqalədə:
Chosen
15
1
az.trend.az

2Sources