EN

Niyə stomatoloqlar şəkər xəstələrini başqa dərmanlarla müalicə edirlər?

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Novqorod Dövlət Universitetinin alimləri həmkarları ilə birgə apardıqları araşdırmada ikinci tip diabetdən əziyyət çəkən şəxslərdə diş əti iltihabının niyə daha kəskin keçdiyini müəyyən ediblər. Məlum olub ki, əsas səbəb diabet xəstələrinin ağız boşluğundakı mikrob aləminin daha aqressiv və mürəkkəb olmasıdır.Demokrat.az xəbər verir ki, tədqiqat çərçivəsində 74 nəfər diş protezi istifadə edən pasiyent müayinə olunub. Məlum olub ki, şəkərli diabeti olan şəxslərdə xəstəlik törədən bakteriyaların sayı sağlam insanlarla müqayisədə dörd dəfə daha çoxdur. Xüsusilə "Prevotella intermedia" və "Aggregatibacter actinomycetemcomitans" kimi təhlükəli bakteriyalar bu qrupda daha geniş yayılıb.Alimlər qeyd edirlər ki, diabet xəstələrində bakteriyalar tək-tək deyil, 3-5 növdən ibarət qruplar şəklində birləşərək diş ətinə hücum edir. Qanda şəkərin səviyyəsi nə qədər yüksəkdirsə, bu bakteriya qrupları bir o qədər mürəkkəb və güclü olur. Bu səbəbdən standart antibiotiklər və ya adi antiseptik vasitələr diabet xəstələrində effekt vermir və nəticədə ağır parodontit yaranır.Həkimlərin fikrincə, diabeti olan pasiyentlərin müalicəsində şablon üsullardan qaçmaq və PCR diaqnostika vasitəsilə bakteriyanın növünü dəqiq təyin etmək lazımdır. Bu yanaşma təkcə iltihabı aradan qaldırmır, həm də dişlərin qorunmasına və şəkər səviyyəsinin daha yaxşı idarə olunmasına kömək edir.Yəni, şəkərli diabet xəstələrinin ağız boşluğunda bakteriyalar həm daha çoxdur, həm də daha güclü dəstələr yaradırlar, buna görə də onların diş əti xəstəliklərini sağaltmaq üçün adi dərmanlar kifayət etmir və xüsusi müayinə tələb olunur.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
demokrat.az

1Sources