EN

Türkiyə və İsrail fikir ayrılıqlarına baxmayaraq, regionun ən güclü dövlətlərindəndir

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Türkiyə və İsrail fikir ayrılıqlarına baxmayaraq, regionun ən güclü dövlətlərindəndir"Bu fikri Demokrat.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib.O deyib ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın "İsrail Türkiyəni yeni düşmən elan edə bilər" sözlərini birbaşa “İsrail sabah Türkiyəyə müharibə elan edəcək” kimi oxumaq düz deyil. "Bu tip bəyanatlar adətən həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara yönəlir və mövcud gərginliyin hansı istiqamətdə inkişaf edə biləcəyinə dair xəbərdarlıq mahiyyəti daşıyır. İran-İsrail gərginliyi ilə İsrail-Türkiyə gərginliyi eyni mahiyyətli deyil. Belə ki, İsrailin təhlükəsizlik strategiyası tarixən real və ya potensial təhdidləri ön plana çıxarmaq üzərində qurulub. Bu, təkcə ideoloji məsələ deyil, həm də ölkənin yerləşdiyi mürəkkəb region və təhlükəsizlik mühitindən qaynaqlanır. İran uzun illərdir İsrail üçün əsas strateji rəqib kimi təqdim olunur və bu çərçivədə regional güc balansı daim gərgin saxlanılır". Politoloq bildirib ki, Türkiyə ilə İsrail isə son illərdə xüsusilə Ankaranın Qəzza məsələsində açıq mövqe tutması fonunda münasibətləri pisləşib. "Türkiyə və İsrail arasında kəskin fikir ayrılıqları olsa da, bu iki ölkə regionun ən güclü dövlətlərindəndir və açıq qarşıdurma hər iki tərəf üçün yüksək risk daşıyır. Üstəlik, Türkiyə NATO üzvüdür və bu fakt təkcə hərbi deyil, həm də siyasi balans baxımından ciddi çəkindirici rol oynayır. Hakan Fidanın dediyi fikri daha çox belə anlamaq olar ki, regionda mövcud qarşıdurma narrativində İsrail yeni “təhlükə çərçivəsi” formalaşdırmağa çalışa bilər və Türkiyənin artan regional təsiri bu çərçivədə diqqət mərkəzinə düşür. Bu, xüsusilə informasiya və diplomatik müstəvidə özünü göstərə bilər. Yəni tərəflər bir-birini daha çox tənqid edən, ittiham edən mövqedə çıxış edə bilər".Onun sözlərinə görə, reallıq isə odur ki, İsrailin Türkiyəni İran səviyyəsində strateji düşmən kimi tam şəkildə konfiqurasiya etməsi yaxın perspektivdə çox inandırıcı görünmür. "Çünki tərəflər arasında iqtisadi əlaqələr, regional balanslar və beynəlxalq sistemdəki qarşılıqlı asılılıqlar var. Amma münasibətlərin daha da soyuması, qarşılıqlı etimadsızlığın artması və ritorikanın sərtləşməsi ehtimalı kifayət qədər realdır. Yəni burada söhbət daha çox “tam düşmənçilik”dən yox, münasibətlərin yeni, daha gərgin və rəqabətli fazaya keçə bilmə ehtimalından gedir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
14
demokrat.az

1Sources