EN

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyasının açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, PAİ-nin prezidenti Tulia Akson, PAİ-nin baş katibi Martin Çunqonq və BMT-nin koordinatoru Babatunde Ahonsi çıxış edərək keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlərini bildiriblər, tədbirin işinə uğurlar arzulayıblar.

“Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması” mövzusuna həsr olunan assambleyada parlamentlərin bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təşəbbüslər müzakirə ediləcək, əməkdaşlıq imkanları nəzərdən keçiriləcək.

Chosen
15
16
yeniazerbaycan.com

10Sources