EN

Qubada torpaq sürüşməsinə görə əlaqə kəsilən kəndin sakinlərinə ərzaq çatdırıldı Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Quba rayonunda güclü və aramsız yağıntıların fəsadlarının aradan qaldırılması, sakinlərin sosial vəziyyətinin diqqətdə saxlanılması üçün zəruri addımlar atılır. 

“Qafqazinfo” xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Quba-Alpan-Susay-Xınalıq avtomobil yolunda aparılan qardan təmizləmə işləri ilə yaxından tanış olub. 

Ardınca Susay kəndində baş verən torpaq sürüşməsinin yaratdığı çətinliklərlə tanış olan icra başçısı sakinlərin təhlükəsizliyi üçün görülən tədbirləri diqqətlə araşdıraraq, yolun bərpası istiqamətində müvafiq qurumlarla birgə işlərin vacibliyini vurğulayıb.

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 42-ci km-də yağan aramsız və güclü yağışlar nəticəsində torpaq sürüşməsindən sonra, çəkilən yeni alternativ yolun tikintisi ilə tanış olan rayon rəhbərliyi, işlərin daha sürətli və keyfiyyətli aparılması üçün icraçılarla səmimi söhbət edib, fikir mübadiləsi aparıb.

Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mövcud çətinliklərə baxmayaraq, Qonaqkənd qəsəbəsinə 12 tondan çox ərzaq və gündəlik tələbat məhsulları çatdırılıb. Rayon rəhbərliyi ərzağın və gündəlik tələbat məhsullarının birbaşa sakinlərə çatdırılmasında iştirak edib. Qəsəbə sakinləri ilə görüş zamanı onların gündəlik qayğıları dinlənilib, problemlərin həlli üçün tapşırıqlar verilib.  Ərzaq mağazasında təminatın vəziyyəti, qiymətlərin sabitliyi və insanların ehtiyaclarının qarşılanması ilə bağlı məsələlər də diqqətlə araşdırılıb.

Bundan əlavə, qəsəbədəki sahə xəstəxanasına baş çəkilib, tibbi xidmətin mövcud vəziyyəti öyrənilərək, insanların sağlamlığının daha yaxşı qorunması üçün əlavə tədbirlərin görülməsinin  vacibliyi qeyd edilib. Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən zəruri tibbi ləvazimat və preparatlar sahə xəstəxanasına çatdırılıb.  

Sakinlər görüş zamanı görülən işlərə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ürəkdən minnətdarlıqlarını bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
qafqazinfo.az

2Sources