EN

"Azərbaycanın qətiyyətli mövqeyi nəticə verdi" -Deputat AZAL-la bağlı qərardan DANIŞDI

"Rusiya tərəfi təkcə Azərbaycanın deyil, ümumiyyətlə Rusiya hava məkanına daxil olan uçan aparatların təhlükəsizliyini təmin etməli idi. Çox təəssüf ki, bu hadisə baş verdi. Ən böyük təəssüfedici hal odur ki, uzun bir müddət Rusiya tərəfindən biz istədiyimiz cavabı ala bilmədik. Ancaq bununla belə Azərbaycanın qətiyyətli mövqeyi, öz suveren hüquqlarını qorumaq üçün apardığı siyasət nəticə verdi".

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiyanın öz ərazisində vurduğu "Azərbaycan Hava Yolları"na məxsus mülki təyyarəyə görə Azərbaycana kompensasiya verəcəyi ilə razılaşmasına münasibət bildirərkən dedi.

"Biz ötən il Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevdən bu məsələyə görə üzrxahlığını eşitdik və sonradan isə artıq həm təyyarəyə, həm də həlak olan və ağır xəsarət alan sərnişinlərə kompensasiya ödənilməsi barədə razılığa gəldilər. Bu onu göstərir ki, tərəflər beynəlxalq hüquq normalarını əsas götürdükdə müəyyən nəticəyə gələ bilirlər. Azərbaycan və Rusiya yaxın qonşulardır. Bizim aramızda həll edilməmiş məsələ yoxdur və istənilən məsələni qarşılıqlı razılaşma ilə həll etmək mümkündür. Ümid etmək istərdik ki, bundan sonra Azərbaycan və Rusiya arasında heç bir problem olmayacaq", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Chosen
24
redaktor.az

1Sources