EN

“Real” Arbeloanı istefaya göndərəcək

"Real Madrid" bu yay klubun baş məşqçisi Alvaro Arbeloanı istefaya göndərəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilib ki, kral klubunun Prezidenti Florentino Peres "Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp, "Real Madrid"in keçmiş baş məşqçisi Zinəddin Zidan, Fransa millisinin baş məşqçisi Didye Deşam və ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino ilə maraqlanır.

Qeyd edək ki, “Real” ötən gün “Bavariya” ilə keçirilən oyunda məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Daşqın HəsənovMissiya.Az

Chosen
6
missiya.az

1Sources