EN

Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər

Azərbaycan

Azərbaycan hərbi pilotları Türkiyədə tapşırıqları uğurla icra etdilər Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən "Anadolu Ankası - 2026" ("Anatolian Phoenix - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.Ulusum.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, təlimdə "Su-25" və "F-16" təyyarələri, eləcə də "T-70" helikopterləri ilə şərti düşmən ərazisində qəzaya uğramış hava gəmisinin ekipaj üzvlərinin axtarışı və xilas edilməsi məqsədilə havada üstünlüyün əldə olunması, eləcə də hava dəstəyinin təmin edilməsi üzrə taktiki tapşırıqlar icra olunub.Əməliyyat zamanı hava dəstəyi yüksək koordinasiya ilə həyata keçirilib, təlim bölgəsində risklərin minimuma endirilməsi və xilasetmə fəaliyyətlərinin effektivliyinin artırılması təmin olunub. Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) pilotları verilmiş tapşırıqları peşəkarlıqla yerinə yetirərək təlimin məqsədlərinə nail olunmasında əhəmiyyətli nəticələr göstəriblər.Qeyd edək ki, beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi HHQ-nin pilotları, paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri, aviayönləndiricilər, həmçinin texniki heyət və aviasiya vasitələri təmsil edir.

Diqqət Çəkənlər

Kiberhücum, yoxsa texniki xəta? – RƏSMİ AÇIQLAMA

ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat

Türkiyədə məktəbli 9 nəfəri öldürdü

Chosen
15
16
ulusum.az

10Sources