EN

Nüvə silahı istehsalı sürətlə artır Vaşinqtondan ETİRAF

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Soyuq Müharibədən bu yana ən yüksək nüvə silahı istehsalı səviyyəsinə çatıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Energetika naziri Kris Rayt Nümayəndələr Palatasının Büdcə Təxsisatı Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

Raytın sözlərinə görə, ABŞ Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyası (NNSA) yeni və artan təhlükələr fonunda etibarlı və effektiv çəkindirməni təmin etmək missiyasını həyata keçirir.

O qeyd edib ki, “NNSA Soyuq Müharibənin bitməsindən bəri ən çox yeni silah tədarükünü həyata keçirir”. Nazir əlavə edib ki, bu proses nüvə başlıqlarının istehsalı və “yeddi modernləşdirmə proqramı” çərçivəsində aparılır.

Rayt vurğulayıb: “Nüvə intibahı davam edir”.

Qeyd edək ki, Strateji Hücum Silahlarının Daha da Azaldılması və Məhdudlaşdırılması haqqında Rusiya–ABŞ müqaviləsi fevralın 5-də başa çatıb. ABŞ Rusiyanın təklif etdiyi məhdudiyyətlərin daha bir il uzadılmasına cavab verməyib. Vaşinqton həmçinin Çinlə üçtərəfli nüvə sazişi bağlamaq niyyətini də açıqlayıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
18
1
redaktor.az

2Sources