EN

Mərkəzi Bankın nümayəndə heyəti ABŞ-də Dünya Bankı və BVF-nin toplantılarında iştirak edəcək

Bakı. Trend:

Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarovunrəhbərlik etdiyi nümayəndə heyəti Dünya Bankı (DB) və BeynəlxalqValyuta Fondunun (BVF) Yaz Toplantılarında iştirak məqsədiləABŞ-nin Vaşinqton şəhərinə işgüzar səfərə yola düşüb.

Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, Yaz Toplantıları çərçivəsində Mərkəzi Bankınnümayəndə heyəti Azərbaycanın da daxil olduğu Seçki Qrupununtoplantısında və bir sıra tədbirlərdə iştirakı nəzərdə tutulur.

Qeyd edilib ki, bu müddətdə DB və BVF-nin rəhbər vəzifəlişəxsləri, Mərkəzi Bank ilə əməkdaşlıq edən bir sıramaliyyə-investisiya təşkilatları və ABŞ-nin rəsmi qurumları iləikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılır.

Məqalədə:
Chosen
18
3
az.trend.az

7Sources