EN

BDU da şəhərsalma sənədlərinin rəqəmsallaşdırılmasına dair araşdırma aparılır

525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti elmi seminar keçirilib.

BDU-dan 525.az-a bildirilib ki, seminarda BDU-nun Sənəd menecmenti kafedrasının müəllimi Əliyusif Məmmədov “Ağıllı şəhər” konsepsiyasında memarlıq və şəhərsalma sənədlərinin rəqəmsallaşdırılması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi şəhərsalma və memarlıq istiqamətində tətbiqi xarakterli elmi tədqiqatların aparılmasının aktual olduğunu söyləyib.

Çıxışda “Ağıllı şəhər” konsepsiyasının əsas komponentləri, şəhərsalma və memarlıq fəaliyyətində rəqəmsal texnologiyaların rolu, sənəd resurslarının rəqəmsallaşdırılması prosesinin nəzəri və praktiki tərəfləri geniş təhlil edilib. Qeyd olunub ki, informasiya axınlarının səmərəli idarə olunması və sənədlərin elektron mühitdə sistemli inteqrasiyası müasir şəhər idarəetməsinin əsas şərtlərindəndir.

Məruzədə, həmçinin şəhərsalma sənədlərinin (sxemlər, layihələr və s.) rəqəmsal formata keçirilməsi, vahid informasiya sistemlərində toplanması və istifadəsi məsələlərinə toxunulub. Sənəd əsaslı və rəqəmsal resursların qarşılıqlı əlaqəsi müqayisəli şəkildə təhlil edilərək bu yanaşmanın şəhər mühitinin daha effektiv planlaşdırılmasına, resursların optimal idarə olunmasına və qərar qəbulu prosesinin təkmilləşdirilməsinə töhfə verdiyi vurğulanıb.

Seminar çərçivəsində “Smart City” mühitində memarlıq və şəhərsalma sənədlərinin rəqəmsallaşdırılması zamanı metadata standartlarının tətbiqi, informasiya təhlükəsizliyi, açıq məlumat platformaları və kitabxana-informasiya müəssisələrinin rolu da müzakirə edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
525.az

1Sources