EN

100 manatlıq əskinaslar niyə dəyişdi? – Açıqlama

Mərkəzi Bank yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanının 15 iyul 2026-cı il tarixindən tədavülə buraxılacağını elan etdi. Yenilənmiş 100 manatın üzərində bu dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası olacaq.

Maraqlıdır, 100 manatlıq əskinasın yeni dizaynda buraxılmasına səbəb nədir? Kağız pulların diyaznı nəyə əsasən dəyişdirilir və bunun zərərləri varmı?

Mövzu ilə bağlı Tribuna.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, vaxtaşırı bütün ölkələrdə kağız pulların dizaynı dəyişir:
“Burada əsas iki məsələ var. Birincisi təhlükəsizlikdir. Bunu əskinasın saxtalaşdırılmaması üçün edirlər. Yəni dizaynda əskinasın saxtalaşdırmadan qorunmasının yeni meyarları müəyyən olunur ki, saxtalaşdıra bilməsinlər. Çünki texnalogiya daim təkmilləşir.
Bütün ölkələrdə kağız pulların dizaynının dəyişdirilməsinə ən birinci səbəb məhz təhlükəsizlikdir.
İkinci isə zövqdür. Yeni dizaynlar düşünülür, daha yaxşı ideyalar olur. Daha yeni dizaynlar maraqlı olduğu üçün dəyişdirilir.
Hamı bilsin ki, onsuz da əskinaslar daim buraxılır, yenilənir. Çünki dövriyyədə olanlar köhnəlir. Nimdaşlaşmış əskinas onsuz da tədricən tədavüldən çıxarılır, yenisi ilə əvəz edilir. Yenilərin də dizaynı adətən dəyişir”.
Chosen
22
yenilik.az

1Sources