EN

Bu il neçə saxta diplom aşkarlanıb?

Bakı. Trend:

Bu ilin ilk 3 ayında xaricdə təhsil almış 10 nəfərin diplomununsaxta olduğu məlum olub.

TrendTəhsildə Keyfiyyət Təminatı Agentliyinə istinadən xəbər verir ki,2026-cı ilin ilk 3 ayında xaricdə təhsil alan şəxslərindiplomlarının tanınması üçün agentliyə 1305 müraciət daxilolub.

Müraciət edənlərdən 1050 nəfərin diplomu tanınıb, 255 nəfərinmüraciətinə isə imtina cavabı verilib.

Məlumata görə, 10 nəfərin diplomu saxta olduğu üçün tanınmayıb.Həmçinin 2 müraciətə imtina səbəbi lisenziyası olmayan Bakıfilialları ilə bağlı olub.

Ən çox müraciət Türkiyədən təhsil alan şəxslərdən gəlib. Beləki, Türkiyədə təhsil almış 445 nəfər diplom tanınması üçünagentliyə müraciət edib. Daha sonra Rusiya (356 nəfər) və Ukrayna(203 nəfər) gəlir. Digər müraciətlər isə əsasən Avropa və digərölkələrdə təhsil alan şəxslərə aiddir.

İxtisaslara görə isə ən çox müraciət hüquq sahəsi üzrə olub (135nəfər). Bundan başqa, iqtisadiyyat (78 nəfər), maliyyə (69 nəfər),tibb (67 nəfər) və biznesin idarə edilməsi (63 nəfər) ixtisaslarıda üstünlük təşkil edib.

Chosen
18
10
az.trend.az

10Sources