EN

Futbolda dəhşətli hadisə: Hakim oyun vaxtı güllələndi

Ekvadorda keçirilən futbol matçı zamanı 48 yaşlı hakim Xavyer Orteqa güllələnərək qətlə yetirilib.

Publika.az xəbər verir ki, silahlı şəxslər oyun gedərkən meydançaya daxil olaraq atəş açıblar. Hadisə oyunçular və azarkeşlər arasında böyük panikaya səbəb olub.

Hakim hadisə yerində həyatını itirib, qarşılaşma isə dərhal dayandırılıb. Cinayətkarlar hadisə yerindən qaçıblar və polis araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları qətlin məqsədli törədilməsi versiyasını nəzərdən keçirir, videomaterialları araşdırır və şahidlərin ifadələrini toplayır.

Futbol qurumları artıq matçlarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb ediblər. Yerli icmada anım mərasimləri keçirilir, klublar isə bütün halların aydınlaşdırılmasına qədər oyunları dayandırıblar.

Heybət

Chosen
28
publika.az

1Sources