EN

Demet Özdemirdən tənqidlərə sərt reaksiya: "Sizin adınıza mən utandım"

Demet Özdemirdən tənqidlərə sərt reaksiya: "Sizin adınıza mən utandım"Kahramanmaraşda 9 nəfərin həyatını itirdiyi məktəb hücumundan sonra Türkiyə ümumilikdə böyük kədər yaşayarkən, aktrisa Demet Özdemirin paylaşımı sosial mediada müzakirələrə səbəb olub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisədən sonra Özdemirin rəqs videosu paylaşması bəzi istifadəçilər tərəfindən tənqid edilib. Artan reaksiyalar fonunda aktrisa açıqlama verərək ona ünvanlanan tənqidlərə sərt cavab verib.

Özdemir "Linç kampaniyalarınızı 2 dəqiqə dayandırın. Əslində vacib olanın nə olduğunu hamımız bilirik. Yazıq sizə. Sizin adınıza mən utandım" sözləri ilə narazılığını ifadə edib.

O, həmçinin məktəblərin uşaqlar üçün ən təhlükəsiz sığınacaq olması lazım olduğunu vurğulayaraq hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bildirib.

Chosen
20
sonxeber.az

1Sources