Türkiyə Pakistan, Səudiyyə Ərəbistanı və Misir arasında danışıqlara ev sahibliyi etməyə hazırlaşır.
Bu barədə anonim mənbələr “Bloomberg”ə bildirib.
Məlumata görə, həftə sonu Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri ilə dördtərəfli görüş keçirəcək.