EN

Almaniyada 650-dən çox təyyarə reys ləğv edilib

Almaniyanın aparıcı aviaşirkəti Lufthansa-da 16 aprel tarixində baş verən ən böyük tətil səbəbindən ən azı 656 reys ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, aviaşirkətdə davam edən tətil artıq dördüncü gündür ki, davam edir. Bazar ertəsi və çərşənbə axşamı pilotlar tətil keçirib, çərşənbə və cümə axşamı isə onlara kabin heyəti də qoşulub. Əvvəlcə pilotların aksiyanı çərşənbə günü bitirməsi planlaşdırılsa da, həmkarlar ittifaqı ilə rəhbərlik arasında danışıqların nəticəsiz qalması səbəbindən tətil 17 aprelə qədər uzadılıb.

Yalnız Frankfurt-Mayndə yerləşən əsas hava limanında planlaşdırılan 1,3 min reysdən 656-sı ləğv edilib. Konsernin bəzi törəmə şirkətlərində isə uçuşların 70 faizinə qədəri dayandırılıb.

İlin əvvəlindən Lufthansa həmkarlar ittifaqları bir neçə dəfə böyük tətillər keçirib. Maaş və sosial ödənişlərlə bağlı fikir ayrılıqları səbəbindən davam edən əmək münaqişəsi, şirkətin 100 illik yubileyi və ABŞ-İran müharibəsi nəticəsində yaranan enerji böhranı fonunda davam edir.

Ayxan
Milli.Az

Chosen
4
1
milli.az

2Sources