EN

Pedaqoji Universitet “Ana dilimiz milli kimliyimizdir” adlı müsabiqə elan edir

Bakı, 16 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universiteti Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində “Ana dilimiz milli kimliyimizdir” mövzusunda müsabiqə elan edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsində əsas məqsəd magistrant, doktorant və gənc tədqiqatçıların elmi yaradıcılıqlarını dəstəkləmək və stimullaşdırmaq, onları Birinci Türkoloji Qurultayın tədqiqi ilə bağlı müxtəlif elmi istiqamətlərdə tədqiqata cəlb etmək və elmi məqalələr hazırlamağa təşviq etməkdir.

Müsabiqəyə Azərbaycan dili və orfoqrafiya, əlifba problemi, Türkoloji Qurultay çərçivəsində ortaq ədəbi dil, eləcə də Azərbaycan ədəbiyyatı və onun tədrisinin aktual problemləri ilə yanaşı, Birinci Türkoloji Qurultayda müzakirə olunan tarix, coğrafiya və etnoqrafiya məsələlərini əhatə edən məqalələr təqdim edilə bilər.

Müsabiqədə 35 yaşına qədər ADPU-da təhsil alan magistrant və doktorantlar, elmi-pedaqoji fəaliyyətlə məşğul olan gənc tədqiqatçılar iştirak edə bilərlər.

İştirak etmək istəyənlər məqalələri aprelin 27-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Müsabiqənin şərtləri ilə buradan tanış olmaq mümkündür.

Chosen
5
azertag.az

1Sources