EN

Məktəblərə hücumdan sonra 940 sosial media hesabı bloklanıb, 83 şəxs həbs qərarı verilib

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Daxili İşlər Nazirliyi, Şanlıurfa və Kahramanmaraşda baş vermiş məktəb hücumlarının ardından aparılan əməliyyatlar çərçivəsində 940 sosial media hesabına girişin məhdudlaşdırıldığını, 93 Telegram qrupunun bağlandığını və 83 şübhəli şəxs barəsində həbs qərarının verildiyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə nazirliyin rəsmi məlumatında qeyd olunub.

“Cinayəti və cinayətkarı təbliğ edən, ictimai nizamı mənfi təsir edən paylaşım və fəaliyyətlərdə iştirak etdikləri müəyyən edilmiş 83 şəxs barəsində həbs qərarı verilmiş və onlara qarşı hüquqi tədbirlər görülmüşdür. Bundan əlavə, 940 sosial media hesabına giriş bloklanmış, 93 Telegram qrupu bağlanmışdır”, - deyə məlumatda bildirilib.

Şübhəlilərlə bağlı hüquqi proseslərin çox istiqamətli olaraq davam etdiyi vurğulanıb.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
39
bizimyol.info

1Sources