EN

“Real” Arbeloanın yerinə baş məşqçi axtarır Dörd namizəd var

ain.az, Yeniavaz saytına istinadən bildirir.

“Real Madrid” klubu Alvaro Arbeloanın yerinə yeni baş məşqçi axtarışına başlayıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.

Məlumata görə, Madrid klubu dörd namizədi nəzərdən keçirir.

Yurqen Klopp klub rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, lakin hələlik iki tərəf arasında heç bir əlaqə olmayıb. “Real Madrid”in prezidenti Florentino Peres həmçinin Zinəddin Zidanı da yüksək qiymətləndirir, lakin məşqçi Fransa millisində karyera qurmağa daha çox meyillidir.

“Real Madrid” həmçinin ABŞ milli komandasına rəhbərlik edən Maurisio Poçettinonun və 2026-cı il dünya çempionatından sonra Fransa millisindən ayrılmağa hazırlaşan Didye Deşamın namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Arbeloa 2026-cı ilin yanvar ayında “Real Madrid”ə rəhbərlik etməyə başlayıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Xatırladaq ki, bir gün əvvəl “Real Madrid” Çempionlar Liqasının 1/4 finalının ikinci oyununda “Bavariya”ya məğlub olaraq (3:4) turniri tərk edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
33
yeniavaz.com

10Sources