EN

Hakim oyun zamanı güllələndi

Ekvadorda həvəskar futbol oyunu zamanı şokedici faciə baş verib.

Sportal.az xəbər verir ki, El Oro əyalətinin Pasaje şəhərində naməlum silahlı şəxslər 48 yaşlı hakim Xavyer Orteqanı meydançada güllələyiblər.

Məlumata görə, bir neçə silahlı şəxs oyun zamanı meydana daxil olaraq hakimə atəş açıb. Bundan sonra hücum edənlər hadisə yerindən qaçıblar. Həkimlərin operativ müdaxiləsinə baxmayaraq, Orteqanı xilas etmək mümkün olmayıb. O, hadisə yerində dünyasını dəyişib.

Oyun dərhal dayandırılıb, futbolçular və tamaşaçılar panika içində stadionu tərk ediblər. Turnirin təşkilatçıları baş verənlərin səbəbləri aydınlaşdırılana qədər bütün oyunların dayandırılması barədə qərar veriblər.

Hüquq-mühafizə orqanları hadisəni məqsədli qətl kimi araşdırır və şahidlər tərəfindən çəkilmiş videoyazıları analiz edir. Bu faciə ölkədə idman tədbirlərində təhlükəsizlik problemini yenidən gündəmə gətirib. Qeyd olunur ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, ölkədə zorakılıq səviyyəsi yüksək olaraq qalır.

saytlarin hazirlanmasi

Chosen
4
sportal.az

1Sources