Ajans.az xəbər verir ki,proses bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub. Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti Kamran Əsədov və Gündüz Abbasov, həmçinin şahidlər, zərərçəkmişlər və DİM nümayəndələri iştirak edirlər. Hazırda prosesdə şahidlər dindirilir.
Qeyd edək ki, yanvarın 23-də tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib./unikal