EN

Azərbaycan ABŞ ilə biznes-investisiya əlaqələrinin inkişafını müzakirə edib

Azərbaycan və ABŞ arasında biznes və investisiya əlaqələrinin inkişafı müzakirə edilib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqton şəhərinə işgüzar səfər çərçivəsində ABŞ Ticarət Palatasının nümayəndələri ilə görüşüb.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahimin də iştirak etdiyi görüş zamanı iki ölkə arasında iqtisadi və maliyyə sahələrində əməkdaşlığın genişləndirilməsi, o cümlədən biznes və investisiya əlaqələrinin daha da inkişaf etdirilməsi müzakirələr olunub, qlobal iqtisadi çağırışlar, maliyyə sabitliyi və tərəfdaşlıq çərçivəsində birgə təşəbbüslər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Chosen
22
far.az

1Sources