EN

"Global Cert": "Sertifikat sadəcə sənəd deyil, biznesin məsuliyyətidir"

Sertifikatlaşdırma sahəsində fəaliyyət göstərən "Global Cert" şirkəti bizneslərin dayanıqlı inkişafı və beynəlxalq standartlara uyğun idarəetmə sistemlərinin qurulmasına dəstək göstərən aparıcı qurumlardan biridir.

Müsahibimiz sertifikatlaşdırma sahəsində etibarlı təsisat kimi tanınan Azera Holdinqin "Global Cert" şirkətinin rəhbəri Gülşən Hüseynovanın sözlərinə görə, müasir biznes mühitində şirkətin real gücü artıq yalnız dövriyyə və satış göstəriciləri ilə ölçülmür.

Onun fikrincə, güclü və dayanıqlı biznesin əsasını üç mühüm amil təşkil edir: düzgün qurulmuş idarəetmə sistemi, risklərin effektiv idarə olunması və qanunvericiliyə tam uyğun fəaliyyət.

"Güclü biznes sistemli biznesdir. Necə ki, tikinti sahəsində hər bir konstruksiyanın dayanıqlığı normativlərə uyğun hesablanır, biznes də eyni şəkildə standartlar əsasında idarə olunmalıdır", - deyə Gülşən Hüseynova qeyd edir.

Şirkət rəhbəri bildirir ki, sertifikatlaşdırma bir çox hallarda yalnız formal sənəd kimi qəbul edilir. Halbuki, bu yanaşma reallığı əks etdirmir. Sertifikatlaşdırma müəssisələrin daxili proseslərini sistemləşdirir, risklərin minimuma endirilməsinə kömək edir və bazarda etibarlılıq yaradır.

"Global Cert" yalnız sertifikat təqdim edən qurum kimi deyil, müəssisələrin beynəlxalq standartlara uyğunlaşmasına və rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərən etibarlı tərəfdaş kimi fəaliyyət göstərir. Şirkət idarəetmə sistemlərinin sertifikatlaşdırılması ilə yanaşı, məhsulların uyğunluq qiymətləndirilməsi (AZS, GOST və digər standartlar üzrə), iş yerlərinin attestasiyası, laboratoriya sınaqları və texniki ekspertiza xidmətləri də təqdim edir.

Bununla yanaşı, müəssisələr üçün ölçü cihazlarının kalibrlənməsi, təlim və konsaltinq xidmətləri də həyata keçirilir. Bu yanaşma şirkətlərə vahid platforma üzərindən bütün uyğunluq tələblərini sistemli şəkildə həll etməyə imkan yaradır.

Qanunvericilik baxımından da bu xidmətlərin əhəmiyyəti böyükdür. Məsələn, iş yerlərinin attestasiyası Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları əsasında həyata keçirilir. Bu tələblərə əməl olunmaması isə müəssisələr üçün inzibati məsuliyyət və maliyyə sanksiyaları ilə nəticələnə bilər.

Qida sektorunda isə sertifikatlaşdırma xüsusi əhəmiyyət daşıyır. Bu sahə "Qida təhlükəsizliyi haqqında" qanun və digər normativ hüquqi aktlarla tənzimlənir. ISO 22000 standartı qida zəncirində risklərin idarə olunmasını təmin edir və müəssisələrin dövlət yoxlamalarına hazır sistem qurmasına kömək edir.

Şirkət rəhbərinin sözlərinə görə, ISO 9001, ISO 14001 və ISO 45001 kimi beynəlxalq standartlar müəssisələr üçün tenderlərdə iştirak, iri layihələrə çıxış və beynəlxalq əməkdaşlıq imkanları yaradır. Bu standartlar bazara giriş üçün əsas şərtlərdən birinə çevrilib.

Bu günə qədər "Global Cert" tərəfindən 5000-dən çox sertifikat təqdim olunub.

Gülşən Hüseynova vurğulayır ki, müasir bazarda sistemsiz və standartlara uyğun olmayan biznesin uzunmüddətli uğur qazanması çətindir. "Əgər şirkət risklərini idarə edir, qanunvericiliyə uyğun fəaliyyət göstərir və beynəlxalq standartlara əsaslanırsa, bazarda güclü mövqe əldə edir. Sertifikat sadəcə sənəd deyil - etibar, idarəetmə və məsuliyyətdir".

"Global Cert" müəssisələrin davamlı inkişafını dəstəkləmək məqsədilə mütəmadi olaraq ixtisaslaşdırılmış təlim proqramları da təşkil edir. Bu proqramları başa vuran iştirakçılar sertifikatlarla təmin olunurlar.

Fəaliyyətini beynəlxalq standartlara uyğun qurmaq istəyən şirkətlər "Global Cert"in peşəkar komandası ilə əməkdaşlıq edə bilərlər.

Əlaqə:

+994 50 605 50 40

office@ gcert.az

www.gcert.az

Chosen
23
far.az

1Sources