EN

Şuşada növbəti Xarıbülbül Festivalı keçiriləcək

Bu il Şuşada növbəti Xarıbülbül Festivalı keçiriləcək.

XQ  xəbər verir ki, festival 14-15 may tarixlərində baş tutacaq.

Festivala mayın 14-də Cıdır düzündəki konsertlə start veriləcək. Tədbir iki gün ərzində Şuşanın bir sıra məkanlarını əhatə edəcək.

Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” Musiqi Festivalı 1989-cu ildən keçirilir. 

Vətən müharibəsindəki tarixi Zəfərimizlə torpaqlarımız işğaldan azad olunduqdan sonra festival yenidən Şuşaya qayıdıb. 

Chosen
14
1
xalqqazeti.az

2Sources