ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Bakıda çəkilən görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.Demokrat.az xəbər verir ki, Bakı küçələrinin birində çəkilən görüntülərdə məişət tullantıları qablarının yanına sığınan ata və azyaşlı qız övladı əks olunub. Şəhərin işlək yollarından birinin kənarında, səki üzərində əyləşən kişi tullantı konteynerlərindən topladığı əşyaları uşaq arabasına yığaraq özü ilə daşıyır. Onun yanında isə soyuq havaya rəğmən yerdə oturan balaca qız diqqət çəkir.Ətrafdan keçən insanların və avtomobillərin fonunda bu mənzərə cəmiyyətdəki sosial təzadları bir daha gündəmə gətirib. Videogörüntülərdə atanın çarəsiz baxışları və azyaşlı uşağın belə bir şəraitdə vaxt keçirməsi izləyicilər tərəfindən kədərlə qarşılanıb. Bir çox sosial şəbəkə istifadəçisi ailənin çətin vəziyyətdə olduğunu vurğulayaraq, aidiyyəti qurumları və xeyirxah insanları bu şəxslərə yardım etməyə çağırıb.Məişət tullantıları üçün nəzərdə tutulan ərazidə məskunlaşan bu şəxslərin kimliyi və hansı səbəbdən bu vəziyyətə düşmələri barədə hələlik rəsmi məlumat yoxdur. Lakin uşağın sağlamlığı və təhlükəsizliyi baxımından bu mənzərə ciddi narahatlıq doğurur.
@nihatmemmedov59
Allahım sən özün kömək ol
♬ orijinal ses - Oğuzhan
İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.