Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Bavyeriya sakini ikinci əl seyfi 15 avroya alıb və içində 32 min avroluq qızıl tapıb.
Bizimyol.info xəbər verir ki, bu barədə DPA agentliyi yerli polisin məlumatına istinadən xəbər yayıb.
56 yaşlı Trostberq sakini seyfi onlayn platforma vasitəsilə alıb. Məhsulu aldıqda heç nə qeyri-adi görməyib, lakin evə gəldikdə təsadüfən gizli bölmə aşkarlayıb. Polis nümayəndəsi: “Əgər seyfi quraşdırarkən azca əyməsəydi, gizli bölməni tapmazdı. Bu bölmə seyfin istehsalçısı tərəfindən əlavə edilməyib, sonradan əlavə olunub və heç kim onun mövcudluğunu bilməyib”, - deyə qeyd edib.
Kişi tapıntını yerli polis bölməsinə bildirib. Polislər satıcı ilə əlaqə saxlayaraq məlum ediblər ki, o, seyfi 90 yaşlı atasının xahişi ilə satıb və ata gizli bölməni və içindəkini unudub.
Polis qeyd edib ki, bu hadisə mülki-hüquqi mübahisəyə çevrilə bilərdi, çünki 250 qramlıq qızılın satış müqaviləsinin tərkibinə daxil olub-olmadığı müəyyən edilməli idi. "Nəticədə alıcı qızılı könüllü olaraq satıcıya qaytarıb", - deyə polis bildirib.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.