EN

Ağbənd körpüsü regional logistikanın əsas halqasına çevrilir - Şahin Mustafyev

Zəngilan. Trend:

Hazırda Ağbənd körpüsü tam hazırdır, sərhəd-keçid məntəqəsinintikintisinin isə qısa müddətdə başa çatdırılması gözlənilir.

Trend-inQarabağ bürosu xəbər verir ki, bunu Baş nazirin müavini ŞahinMustafayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, İran tərəfi də öz ərazisində müvəqqətikeçid infrastrukturu hazırlayır. Layihə tam başa çatdıqdan sonraFars körfəzi ilə Qara dəniz arasında əlaqə daha səmərəliolacaq.

Şahin Mustafayev müzakirə olunan mövzulara da toxunub. O qeydedib ki, Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıqçərçivəsində keçirilən görüşlər artıq paytaxtlardan kənarda -regionlarda təşkil olunmağa başlayıb. Bu isə tərəflər arasında həmümumi, həm də regional məsələlərin daha geniş müzakirəsinə əlavəimkanlar yaradır:

"Bu formatda ilk görüş ötən ilin avqust ayında HökumətlərarasıKomissiyanın 23-cü iclası çərçivəsində Astraxan şəhərindəkeçirilib. Yeni yanaşma artıq müsbət ənənəyə çevrilir və gələcəkiclasların da regionlarda təşkili planlaşdırılır.

Bu iclasda Azərbaycan–Rusiya iqtisadi əməkdaşlığının bütünistiqamətləri üzrə mövcud vəziyyət təhlil olundu, birgə təkliflərhazırlandı və müvafiq qərarlar qəbul edildi. Görüşün yekunu olaraqimzalanan protokol gələcək əməkdaşlıq üçün mühüm sənəd hesabolunur. İki ölkə arasında əlaqələr prezidentlərin siyasi iradəsiəsasında uğurla inkişaf edir. Xüsusilə ticarət-iqtisadimünasibətlər diqqət çəkir. Belə ki, ticarət dövriyyəsi 4,9 milyarddolları ötüb, cari ilin ilk üç ayında isə bu göstərici 750 milyondollardan çox olub. Gələcəkdə bu rəqəmlərin daha da artırılmasıüçün əlavə addımların atılması nəzərdə tutulur".

"Rusiya tərəfinə işğaldan azad edilmiş ərazilərdə həyatakeçirdiyi layihələrə görə təşəkkür etdik. Bildiyiniz kimi, Rusiyatərəfindən Araz vadisi iqtisadi zonasında “KamAZ” şirkətinin servismərkəzi yaradılıb. Eyni zamanda, Astraxan vilayəti tərəfindənQubadlı rayonunun Kəhrizli kəndində uşaq bağçasının inşası davametdirilir.

Azərbaycan və Rusiya arasında iqtisadi potensialın geniş olduğuvurğulanıb və rus şirkətləri müxtəlif sahələr üzrə əməkdaşlığadəvət edilib. Sabah Bakı şəhərində Azərbaycan–Rusiya İşgüzarŞurasının iclası keçiriləcək. Tədbirdə iş adamlarının iştirakı ilətəqdimatlar təşkil olunacaq.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən birinəqliyyat-logistika sahəsidir. Azərbaycan həm Şimal–Cənub, həm dəŞərq–Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir ki, bu daölkənin strateji əhəmiyyətini artırır.

Ağbənd körpüsü bu baxımdan xüsusi rol oynayır. Körpü vasitəsiləyüklərin Fars körfəzi istiqamətində daşınması mümkün olacaq. Eynizamanda, bu marşrut Azərbaycan–İran–Naxçıvan–Türkiyə əlaqələriningücləndirilməsinə xidmət edir", - Ş. Mustafayev əlavə edib.

Baş nazirin müavini vurğulayıb ki, 2024-cü il dekabrın 21-dəŞimal–Cənub nəqliyyat dəhlizi ilə bağlı imzalanmış sazişə əsasən,Azərbaycan ərazisində dəmir yolu imkanlarının genişləndirilməsi,İran tərəfində isə Rəşt–Astara xəttinin tikintisi nəzərdətutulur:

"Bu layihə Rusiyadan Fars körfəzinə birbaşa dəmir yolubağlantısının yaradılmasına imkan verəcək.

Son dövrlərdə regionda baş verən gərginliklər Şimal–Cənubdəhlizinin əhəmiyyətini bir daha nümayiş etdirib. AzərbaycanPrezidentinin təşəbbüsü ilə Ermənistan istiqamətində tranzityüklərin daşınmasına şərait yaradılıb. Bu çərçivədə indiyədək 26min tondan artıq yük daşınıb və bu addım yüksəkqiymətləndirilib".

Chosen
23
3
az.trend.az

4Sources