EN

Tramp ELAN ETDİ Atəşkəs İMZALANDI KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə gərginliyi azaldacaq mühüm diplomatik uğura imza atıldığını bəyan edib. Prezidentin vasitəçiliyi ilə aparılan intensiv danışıqlardan sonra İsrail və Livan arasında 10 günlük müvəqqəti atəşkəs elan olunub.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı hesabında məlumat paylaşıb. O, Livan Prezidenti Jozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu ilə apardığı telefon danışıqlarını “mükəmməl” adlandırıb:

“Hər iki lider ölkələri arasında sülhə nail olmaq üçün rəsmi olaraq 10 günlük atəşkəsə başlamağa razılıq veriblər. Bu razılaşma Şərq vaxtı ilə saat 17:00-da (Bakı vaxtı ilə aprelin 17-si, saat 01:00-da) qüvvəyə minəcək.”

Tramp həmçinin qeyd edib ki, daimi sülh sazişinin hazırlanması üçün vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den “Raisin” Keynə xüsusi tapşırıqlar verib. Onlar hər iki tərəflə sıx əməkdaşlıq edərək hərbi əməliyyatların tamamilə dayandırılması və stabil təhlükəsizlik mühitinin yaradılması üzərində işləyəcəklər.

Prezident öz bəyanatını iddialı bir sonluqla bitirib: “İndiyə qədər dünya üzrə 9 müharibəni həll etmək mənə nəsib olub, bu isə 10-cu olacaq. Gəlin bunu edək!”

Xatırladaq ki, son vaxtlar bölgədə İsrail və “Hizbullah” arasında hərbi toqquşmaların şiddətlənməsi Livanın cənubunda humanitar vəziyyəti ağırlaşdırmışdı. Bu müvəqqəti atəşkəsin regionda daha genişmiqyaslı sülh prosesi üçün başlanğıc olacağı gözlənilir.

Natiq Səlim,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
1
5
konkret.az

10Sources