EN

Messi klub sahibi oldu

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Messi klub sahibi oldu

Lionel Messi İspaniyanın üçüncü divizionunda çıxış edən Kataloniyanın "Kornelya" klubunun yeni sahibi olub.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Klubun yaydığı bəyanatda argentinalı ulduzun bu addımının bölgə ilə bağlılığının göstəricisi olduğu vurğulanıb:

"Bu addım Messinin Barselona ilə sıx əlaqəsini, Kataloniyada idmanın və yerli istedadların inkişafına sadiqliyini təsdiqləyir. Bu, onun "Barselona"nın heyətində çıxış etdiyi illərdə yaranan və bu günə qədər qorunub saxlanılan bir bağdır".

Qeyd edək ki, 1951-ci ildə əsası qoyulan "Kornelya" ev oyunlarını 1500 tamaşaçı tutumu olan "Nou Kamp Munisipal" stadionunda keçirir. Xatırladaq ki, Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" komandasında çıxış edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
3
qol.az

10Sources