Azərbaycan millisinin və “Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə iki həftə yarım – üç həftə sonra fərdi məşqərə başlayacaq.
Sportinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu hazırda bərpa prosesi keçir.
Həkimlərin nəzarəti altında Bəhlunun müalicə prosesi davam edir. Gələn ay fərdi məşqlərə başlaması planlaşdırılır.
Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində fevralın 18-də “Nyukasl” oyununun (1:6) 22-ci dəqiqəsində zədələnmişdi.
Müdafiəçidə sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib və Finlandiyada əməliyyat olunub.