EN

Messi ispan klubunu seçdi

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi növbəti dəfə gündəmə gəlib. Metbuat.az xəbər verir ki, bu dəfə səbəb onun meydandan kənarda atdığı addımdır. “Talksport”un məlumatına görə, argentinalı ulduz İspaniyanın aşağı liqa təmsilçilərindən olan “UE Cornellà” klubunun sahibi olub. Bildirilir ki, Messi artıq layihəyə qoşulub və klubun gələcək inkişafında aktiv rol oynayacaq. Xəbərdə deyilir ki, bu addım futbolçunun karyerasından sonrakı planlarının bir hissəsidir. O, yalnız futbolçu kimi deyil, həm də idarəçi kimi futbol dünyasında qalmağı hədəfləyir.

Qeyd olunur ki, yeni layihə çərçivəsində klubun akademiya sistemi yenilənəcək, gənc futbolçuların inkişafına xüsusi önəm veriləcək və infrastruktur gücləndiriləcək.

Chosen
50
10
metbuat.az

10Sources