EN

"Marsel"ə baha başa gəldi

style='margin-bottom:10px;'>

"Arsenal"dan icarəyə götürülən İtan Nvaneri "Marsel"ə baha başa gəlib.

QOL.az xəbər verir ki, "L'Equipe" nəşrinin məlumatına görə, tərəflər arasındakı müqaviləyə əsasən, 18 yaşlı futbolçu nə qədər az oynasa, Fransa klubu London təmsilçisinə bir o qədər çox ödəniş etməlidir. Nvanerinin əsas heyətdə möhkəmlənə bilməməsi isə "Marsel"in əlavə xərcə düşməsi ilə nəticələnib.

Qeyd olunur ki, gənc yarımmüdafiəçi son aylarda demək olar ki, şans qazanmır və bu vəziyyət onun mövsümün sonunda "Arsenal"a qayıtmasını qaçılmaz edir.

Chosen
22
2
teleqraf.com

3Sources