EN

Zaxarovadan Macarıstanla bağlı gözlənilməz açıqlama

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiya Macarıstanın yeni hakimiyyətini onların konkret işləri üzrə mühakimə edəcək və onlarla dialoqa hazırdır.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Diplomat 16 apreldə keçirilən brifinqdə xatırladıb ki, bu ilin may ayında yeni hökumət quracaq Peter Magyarın rəhbərlik etdiyi “Tisza” partiyası son parlament seçkilərində böyük qələbə qazanıb.

Zaxarova qeyd edib ki, Moskva Magyarın proqram sənədlərinin və onların həyata keçirilməsi üçün konkret addımların dərc olunmasını gözləməyi məqsədəuyğun hesab edir.

Nazirliyin sözçüsü əlavə edib ki, Rusiya rəhbərliyi praqmatizm və bir-birinin maraqlarını qarşılıqlı nəzərə almaq əsasında Macar kabineti ilə dialoqa hazırdır.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
globalinfo.az

1Sources