EN

İsrail Livan sərhədində 1400 dən çox binanın dağıdılıb

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələrinin Livanla sərhəd boyunca 1400-dən çox binanı dağıtdığı bildirilir.

Bu barədə Gununsesi.info BBC-yə istinadən xəbər verir.

Məlumata görə, 2 martdan etibarən sərhəd bölgəsində 1400-dən çox bina sıradan çıxarılıb. Bununla yanaşı, döyüş bölgələrinə və peyk görüntülərinə çıxışın məhdud olması səbəbindən dağıntının ümumi miqyasının daha böyük ola biləcəyi qeyd edilir.

BBC-nin araşdırmasında bildirilib ki, yaşayış məntəqələrinin dağıdılması İsrail müdafiə naziri İsrael Katzın “Hizbullaha qarşı əməliyyatlar” çərçivəsində sərhədə yaxın ərazilərdə evlərin sökülməsinin sürətləndirilməsi ilə bağlı göstərişindən sonra artıb.

Araşdırmada müsahibə verilən beynəlxalq hüquq mütəxəssisləri şəhər və kəndlərin sistemli şəkildə dağıdılmasının beynəlxalq hüquq baxımından müharibə cinayəti kimi qiymətləndirilə biləcəyini bildirirlər.

İsrail Müdafiə Qüvvələri isə iddiaları rədd edərək Hizbullahın yaşayış məntəqələrində hərbi mövqelər yerləşdirdiyini, əməliyyatların beynəlxalq humanitar hüquqa uyğun aparıldığını və yalnız zəruri hallarda dağıntıya yol verildiyini açıqlayıb.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
icma.az

1Sources