Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya arasında dəmir yolu şəbəkəsinin inkişafı ilə bağlı saziş imzalanıb. Layihənin investisiya dəyəri 2,3 milyard dollara çatır.
Hafta.az yerli mediaya istinadla xəbər verir ki, 360 kilometr uzunluğunda olacaq şəbəkə İordaniyanın əsas mədənçilik bölgələrini Əqəbə limanı ilə birləşdirəcək.
Layihənin icrası və istismarı üçün BƏƏ–İordaniya Dəmir Yolu Şirkəti yaradılacaq.
Layihəyə əsasən, İordaniyanın Şidiyyə və Qavr əs-Safi bölgələrində yerləşən fosfat və potaş mədənləri Əqəbə limanı ilə birləşdiriləcək. Bu xətt vasitəsilə hər il təxminən 16 milyon ton xammalın daşınması planlaşdırılır.