Məktəblərin birində baş verən hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, şagirdlər əmək dərsi zamanı müəllimlərinə sürpriz etmək məqsədilə qeyri-adi səhnəcik hazırlayıblar. Onlar əvvəlcədən planlaşdıraraq guya qəza baş veribmiş kimi vəziyyət yaradıblar. Hadisədən xəbərsiz olan müəllim isə şagirdinin yanına tələsərək böyük həyəcan keçirib.
Daha sonra isə şagirdlər planın zarafat olduğunu açıqlayaraq müəllimlərinə gül dəstəsi təqdim ediblər. Gözlənilməz sürpriz qarşısında duyğulanan müəllim emosiyalarına hakim ola bilməyib və göz yaşlarını saxlaya bilməyib.
O, sonradan yaşadığı qorxunu etiraf edib. Hadisə birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri şagirdlərin jestini xoş niyyətli hesab etsə də, digərləri belə zarafatların müəllim üçün stresli və yersiz olduğunu vurğulayıblar.
Musa
Milli.Az