EN

Kürdəmir dəmir yolu stansiyası yenidən istifadəyə verildi – Səfər vaxtı 1 saat qısaldı

Azərbaycan Dəmir Yolları pandemiyadan sonra mərhələli şəkildə əvvəllər fəaliyyətdə olmuş stansiyaların işini bərpa edir.

Bizim.Media xəbər verir ki, bu sözləri ADY Sərnişindaşıma Departamentinin sədri Azər Fərəcov Kürdəmir dəmiryolunun açılışı zamanı deyib:

"Əvvəl qatarlar Bakıdan Kürdəmir stansiyasına 3 saat 11 dəqiqəyə çatırdı. Bu gün isə bu məsafə 2 saat 11 dəqiqəyə qət edilir.

Sərnişinlər həm gündəlik olaraq, həm də həftə sonları fəaliyyət göstərən Bakı-Ağdam, Bakı-Ağstafa-Bakı resyləri üzrə Kürdəmirdən həm Bakıya, həm də digər bölgələrə səyahət edə bilərlər".

Nəzrin Mirzəyeva, İntiqam İbrahimov, Bizim.Media

Chosen
5
1
bizim.media

10Sources