EN

ABŞ Çin qarşıdurmasında yeni mərhələ: Kim qalib gələcək?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Çinin hegemoniyasının qarşısını almağa və dünyanın müxtəlif regionlarında təsir imkanlarını zəiflətməyə çalışır.

ABŞ-nin Venesuela və İrana qarşı əməliyyatlarında əsas hədəfi məhz Çini boğmaq məqsədi daşıyır.CNN-də dərc olunan analitik məqalədə qeyd olunur ki, ABŞ İrana qarşı hiyləgər bir oyun oynayır. 

Ağ Ev İranı bütün ABŞ şərtlərinə əməl etməyə və Vaşinqtona tabe olmağa məcbur etmək üçün Hörmüz boğazını blokadaya alıb.Əgər blokada ciddi nəticə verərsə, ABŞ Çini İran neftindən məhrum edə biləcək. Belə demək mümkünsə, Çin hər tərəfdən təzyiq altındadır. ABŞ Pekini Panama və Venesueladan çıxarıb.

İndi ABŞ Maliyyə Naziri Skott Bessent Çin banklarını İranla bağlı sanksiyalarla hədələyir. "İki Çin bankı ABŞ Maliyyə Nazirliyindən məktub alıb. Əgər İran pullarının hesablarınızdan keçdiyini sübut edə bilsək, ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırıq”, – deyə S.Bessent vurğulayıb. 

Ekspertlər hesab edirlər ki, ABŞ-nin Venesuela və İran məsələsində sərt tədbirlərə əl atması Çinin hegemoniyasının qarşısını almağa və Pekinin qlobal təsir imkanlarını məhdudlaşdırmağa yönəlib. Tramp administrasiyasının milli strategiyasında başlıca hədəf Çini çilovlamaq və qlobal aktora çevrilməsinə imkan verməməkdir.

Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, yeni dünya nizamı təhlükəsizlik, enerji qaynaqlarına çıxış və logistikaya nəzarətdən keçir:

“ABŞ-nin Venesuela və İrana qarşı əməliyyatları sırf Çinin dünyada təsir imkanlarını məhdudlaşdırmağa yönəldiyi görüntüsü olsa da, əsl səbəblər başqadır. Vaşinqton yeni dünya nizamının İkinci Dünya müharibəsindən sonra formalaşan “Yalta-Potsdam dünya nizamı”ndan (“Yalta-Potsdam dünya nizamı”1945-ci ildən formalaşan və dünyanın iki əsas güc mərkəzi (ABŞ və SSRİ) tərəfindən idarə olunan geosiyasi düzəndir) fərqli olacağını bilir.

“Yalta-Potsdam dünya nizamı”nın mövcud olduğu dövrdə ABŞ-nin liderlik etdiyi Qərb bloku ilə Sovet İttifaqının rəhbərlik etdiyi Varşava bloku arasında münasibətlər hərbi-siyasi rəqabət üzərinə formalaşmışdı. İndi formalaşmaqda olan dünya düzəni təhlükəsizlik, enerji qaynaqlarına çıxış və lojistikaya nəzarətdən keçir.

Rusiyanın qlobal iqtisadiyyatdan təcridi, İranın Hörmüz boğazını bağlaması enerji qaynaqlarına və lojistikaya nəzarətin nə qədər önəm daşığını önə çıxardı. Yeni dünya nizamının formalaşdıran əsas dövlət olan ABŞ bu məsələlərlə bağlı problemləri həll etmək istəyir. 

Bu ona Çini cilovlamaqla yanaşı, Rusiya, İran kimi dövlətlərdən gələ biləcək təhlükələrin qarşısını almağa imkan verməklə yanaşı enerjiyə tələbatın kəskin artacağı dövrə hazırlaşır.

Kosmosa marağın artması, Qrelandiyanın gündəmə gəlməsi də bununla bağlıdır. Süni İntellektin lideri dünyanın hakimi olacaq. Ancaq Süni İntellektin liderinin də enerji qaynaqlarına ehtiyacı artacaq. Venesuela və İrana qarşı əməliyyatın gerçək səbəbi budur”.

Yunis Abdullayev 

“Cebheinfo.az”

Açar sözlər:

ABŞ-Çin Xəqani Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
1
cebheinfo.az

2Sources