Dövlət Statistika Komitəsi-nin məlumatına görə, 2026-cı ilin əvvəlində adambaşına orta aylıq xərc 517 manat olub. Lakin sorğular göstərir ki, real həyatda bu rəqəm daha yüksəkdir.
Day.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, Bakıda ailələr aylıq 1000-1500 manat, bölgələrdə isə 500-1000 manat arası xərclədiklərini bildirirlər.
Tək nəfər üçün orta xərc isə 300-700 manat civarındadır. Əsas xərclər ərzaq, kommunal xidmətlər və gündəlik ehtiyaclara gedir.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli