Bakı. Trend:
Kahramanmaraşda baş verən hadisə ilə bağlı dərin kədər hissikeçirdiyimi bildirirəm.
Trend xəbərverir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AntalyaDiplomatiya Forumunda çıxışı zamanı bildirib.
"Allah heç bir ailəyə, heç bir cəmiyyətə belə acılaryaşatmasın", - deyə o qeyd edib.
Qeyd edək ki, bu həftə Türkiyənin Şanlıurfa və Kahramanmaraşvilayətlərində ardıcıl iki gün ərzində məktəblərdə silahlı hücumlarbaş verib. Şanlıurfanın Siverek rayonunda liseyə silahlı hücumnəticəsində 16 nəfər yaralanıb, hücumu törədən məktəbin keçmişşagirdi polis müdaxiləsi zamanı özünü öldürüb. Ertəsi günKahramanmaraşın Onikişubat rayonunda orta məktəbdə baş verənhücumda isə 10 nəfər həlak olub, ümumilikdə 19 nəfər yaralanıb.Hücumu törədən 14 yaşlı şagird zərərsizləşdirilən zaman aldığıxəsarətlərdən ölüb. Hər iki hadisə qısa zaman intervalında başverdiyi üçün ölkədə ciddi ictimai rezonans doğurub və məktəblərdəgücləndirilmiş təhlükəsizlik tədbirlərinə yol açıb.