EN

İran Hörmüz boğazını açmağa razılaşıb

Bakı.Trend:

İran İsrailin Livanda döyüş əməliyyatlarının dayandırmasıfonunda Hörmüz boğazını açdığını bəyan edib.

Trend xəbər verirki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi öz sosialşəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, artıq Hörmüz boğazı açıqdır və bütünticarət gəmiləri o marşrutla hərəkət edə bilər:

“Livanda razılaşdırılmış atəşkəsə uyğun olaraq, İranın Limanlarvə Dənizçilik Təşkilatı tərəfindən daha əvvəl elan edilmişrazılaşdırılmış marşrut üzrə, atəşkəsin qalan müddəti ərzindəHörmüz boğazından bütün ticarət gəmiləri üçün keçid tam açıq elanedilir”.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Chosen
16
50
az.trend.az

10Sources