EN

Ermənistan və ABŞ infrastruktur layihələrinin inkişafı üçün TRIPP şirkətinin yaradılması üzərində işləyirlər

BAKI,TurkicWorld

Ermənistan və ABŞ infrastruktur layihələrinin inkişafı üçün TRIPP şirkətinin yaradılması üzərində işləyirlər.

TurkicWorld xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda layihənin maliyyə və institusional əsasları üzərində iş aparılır.

"Biz maliyyələşmə modelini müəyyən edirik və Ermənistanda qeydiyyatdan keçiriləcəyi gözlənilən TRIPP şirkətinin yaradılması üzərində işləyirik", — deyə nazir müavini bildirib.

Chosen
16
turkic.world

1Sources