Ajans.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tender elan edib. Belə ki, nazirlik layihə çərçivəsində Naxçıvan şəhəri, Culfa, Ordubad, Kəngərli və Şərur rayonlarında, beş ədəd körpələr evi-uşaq bağçasının inzibati binalarının tikinti işlərinin layihələndirilməsi işlərinin satın alınmasını həyata keçirəcək. Qurum görüləcək işlər müqabilində ümumilikdə 495 min 600 manat ödəməyi planlaşdırır.