EN

ABŞ Almaniyaya təxminən 12 milyard dollar dəyərində hərbi texnika satacaq

Bakı, 18 aprel, AZƏRTAC

ABŞ Almaniyaya ümumi dəyəri 11,9 milyard dollar olan müxtəlif növ hərbi texnika, o cümlədən radar izləmə stansiyaları, MK-41 dəniz əsaslı raket buraxılış sistemləri, naviqasiya və elektron müharibə sistemləri tədarük etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, əsasən elektronika və dəniz silahlarını əhatə edən bu müqavilə Almaniyanın “Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün bir qüvvə” kimi təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Qeyd olunur ki, müqavilənin əsas podratçıları “Lockheed Martin” və “RTX” şirkətləri olacaq.

Chosen
6
1
azertag.az

3Sources