ABŞ Dövlət Departamenti Almaniyaya bir neçə növ hərbi texnikanın, o cümlədən radar izləmə stansiyalarının, MK-41 dənizdən buraxılan raket buraxılış sistemlərinin, naviqasiya və radioelektron mübarizə sistemlərinin ümumi dəyəri 11,9 milyard dollar olan satışını təsdiqləyib.
"Far.Az"un xəbərinə görə, Dövlət Departamentinin Mətbuat xidməti bu barədə məlumat yayıb.
Qurum qeyd edib ki, əsasən elektronika və donanmanın silahlanmasını əhatə edən bu müqavilə Almaniyanın Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün qüvvə kimi təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.
Müqavilənin əsas podratçıları "Lockheed Martin" və RTX şirkətləri olacaq.