EN

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyası xəstəlikləri müalicə etmir, onları hələ yaranmadan yox edir. Bu texnologiya xüsusilə xərçəng, Altsheymer və Parkinson kimi ağır xəstəliklərin genetik kodlarını hədəf alır.

Milli.Az xəbər verir ki, Dr. Syuell yaşlanma anlayışına fərqli prizmadan baxır: "Yaşlanmaq genlərin funksiyasını itirməsi deməkdir". O, yaşlanmanı daha yüngül formada keçən bir xəstəlik kimi xarakterizə edir. Sağlam qidalanma və idmanın ömrü bir neçə il uzatdığını, lakin gen terapiyası ilə bu müddəti 40 ilə qədər artırmağın mümkün olduğunu iddia edir. Məqsəd sadəcə ömrü uzatmaq deyil, yaşlanmanın trayektoriyasını təməlindən dəyişməkdir.

Dr. Syuell "CRISPR" kimi gen redaktə texnikalarından fərqli olaraq, "gene addition" (gen əlavə etmə) metoduna üstünlük verir.

Funksiyasını itirmiş genlər laboratoriyada istehsal olunan sağlam nüsxələrlə dəstəklənir.

Köhnə gen yerində qalır, yeni əlavə edilən gen isə çatışmayan proteinləri istehsal etməyə başlayır.

Bu müdaxilə adətən bir və ya bir neçə inyeksiya ilə həyata keçirilir və bioloji zəifliyi aradan qaldırır.

Gen terapiyası təkcə daxili orqanları deyil, xarici görünüşü də hədəf alır. Dr. Syuellin yeni layihəsi dərini kosmetik deyil, bioloji olaraq 20 yaş cavanlaşdırmağı vəd edir.

Bu, sadəcə qırışları doldurmaq deyil, dərinin kolajen istehsalını və baryer funksiyasını genetik səviyyədə bərpa etməkdir.

Estetik görünüş burada biologiyanın bir yan məhsulu kimi çıxış edir; sağlam hüceyrələr təbii olaraq daha gənc görünən dəri deməkdir.Lalə Qüdrətova

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
1
news.milli.az

2Sources