EN

Kardioloq ürəyə zərər verməmək üçün uzaq durduğu məşhur qəlyanaltının adını AÇIQLAYIB

Kardioloq, tibb elmləri doktoru Lars Sondergaard bildirib ki, qəlyanaltılar düzgün seçildikdə ürək sağlamlığı üçün faydalı ola bilər.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, banan, yerkökü, qoz-fındıq, yumurta, tünd şokolad və tam taxıllı çörək kimi sağlam seçimlər gündəlik qidalanmaya daxil edilə bilər.

Lakin həkim xüsusilə qurudulmuş ət məhsulundan uzaq durduğunu qeyd edib.

Onun sözlərinə görə, bu qəlyanaltı yüksək proteinli olsa da, tərkibində çoxlu miqdarda natrium, doymuş yağ və bəzən əlavə şəkər olur. Bu maddələr qan təzyiqini yüksəldə, "pis" xolesterinin artmasına səbəb ola və ürək-damar xəstəlikləri riskini artıra bilər.

Mütəxəssis bildirir ki, sağlam insanlarda bu məhsuldan nadir hallarda istifadə etmək olar, lakin yüksək təzyiqi, yüksək xolesterolu və ürək xəstəliyi olan şəxslərə onu mümkün qədər məhdudlaşdırmaq tövsiyə edilir.

O, ümumilikdə qəlyanaltılarda duz, şəkər və doymuş yağ miqdarının az olmasının ürək sağlamlığı üçün vacib olduğunu vurğulayıb.

Chosen
26
day.az

1Sources