EN

Neftçalada avtomobil 85 yaşlı piyadanı vuraraq öldürüb

Neftçalada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Teymur Nağıyev avtomobili ilə yolu keçən piyada 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
3
11
far.az

10Sources